Sea Breez ə gedən magistral yoldan 300 metr aralı ,9-cu dalanda (dənizə əks tərəfdə ) əla modern təmir olunmuş , bütün mebel və məişət texnikası ilə tam təchiz olunmuş GİR YAŞA , 1 mərtəbəli , 5 otaqlı bağ evi / villa satılır.
Hər biri 18 m2 olan 4 yataq otağı , 31 m2 qonaq otağı, 12 m2 zala bitişik sürgülü şüşə arakəsməsi olam mətbəx , biri valideyn yataq otağının içində olan geniş sanitar qovşaq , digəri ümumi sanitar qovşaq , texniki otaq , saxlama otağı , geniş holl və girş .
Ev 70 sm. hündürlüyü, 50 sm. eni olan 8 ədəd 500 marka armaturla yığılmış və 400 marka suya davamlı beton ilə tökülmüş lentvari fundamentin üzərində tikilib.
1.Evin döşəməsində 1 qat , tavanında 2 qat 500 marka 12-lik setka armaturlardan istifadə olunub 400 marka beton tökülüb . Evin 12 kolonu var və hər birində 500 marka 6 ədəd armaturlardan istifadə olunmaqla monolit 400 marka beton tökülüb . Ev 2 qat möhkəm mişar daşı ilə tikilib. Döşəmə , tavan ,fundament tam izolyasiya olunub ;
2.Otaqların hündürlüyü 3.2 metr;
3.Həyətdə ayrıca yerləşən içində 8metr * 4metr ölçülü qaraj,sanitar qovşaq və müxtəlif məqsədli texniki otaq mövcuddur;
4.Yeraltı ,20 tonluq , beton gövdəli , su anbarı;
5.Skimmer tipli , filterli, kombi ilə təchiz olunmuş 10metr * 4,4metr hovuz;
6.Həyətdə alça,ərik,gilas,şaftalı,nektrain və limon ətri verən çoxlu sayda şam ağacları var;
7.Su, işıq ,qaz daimidir, 3fazlı elektrik sayğacı və 3 fazlı 30kva stabilizator var;
8.Bütün otaqlarda AUX markalı Multi kondisioner sistemi;
9.Rekuperatorlu mərkəzi havalandırma sistemi;
10.Radiator və isti döşəmədən , su qızdırmaq üçün ayrıca kombi və boylerdən ibarət isitmə sistemləri ;
11.Avtomatik qaraj və avtomatik həyət qapıları;
12.Ağıllı və avtomatik suvarma sistemləri;
13.Bosch markalı soyuducu , qabyuyan , qaz sobası , 4 gözlü qaz plitəsi və LG markalı paltaryuyan;
14.Ağıllı və fasiləsiz ( inverter və akumlyatorlu ) müşahidə kamera sistemləri;
15.Zövqlə dizayn edilmiş müasir , keyfiyyətli mebellər;
16.Bağ üçün lazım olan bütün alətlər:qazonbiçən , budaqbiçən, elektrikli mişar , perforator, drel, lobzik, laqunda , moyka aparatı və daha nələr ;
17.Avtomatik işıqlandırma sistemləri ;
18.Mətbəxə girişli , manqallı terras zonası;
Bir sözlə bağa və ya bütün il boyu yaşayışa uyğun olan müasir, rahat , sakit, təmiz iqlimli , hər cür şəraiti olan yaşayış yeri.
Ev şəxsi məqsədlər üçün tikilib, dizayn , təmir və təchiz edilib, makler evi deyil , su basan ərazi deyil,leysan yağışlarda belə həyətdə su gölməçəsi yaranmır, drenaj sistemi mükəmməldir , dalanın asfalt yolu var,bu ərazidə torpağın1 sotu 20 000 AZN dən yuxarıdır .
Torpaq sahəsi çıxarışlıdır , İcradan təsdiq olunmuş və qəvul edilmiş layihəsi var , sənədlər ASAN xidmətə təqdim olunub , yaxın günlərdə evə də çıxarış veriləcək .