Xətai rayonunda, Babək prospektindən cəmi 50 metr məsafədə, gediş-gəlişi rahat lokasıyada 2 mərtəbəli şəxsi mülk (villa) aylıq kirayə verilir. Ümumi sahəsi 400 m² olan ev 5 yataq otağı, 3 qonaq otağı, 2 sanuzel və geniş dəhlizdən ibarətdir. Mülk şəkillərdə göründüyü kimi tam mebelli, kombi və kondisioner sistemləri ilə təchiz olunub. Evdə qabyuyan, mikrodalğalı soba, paltaryuyan, tozsoran və ayrıca ütü otağına kimi hər bir məişət avadanlığı mövcuddur. Təhlükəsizlik üçün çöldə kamera sistemi quraşdırılıb, həyətində şəxsi qarajı var, su, qaz, işıq daimidir. Avtobuslar şəhərə və Xalqlar Dostluğu metrosu istiqamətinə işləyir.